
“Çempionların savaşı” turnirində rapid yarışlarına yekun vurulub
- 14:30
- 41
Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turnirində rapid yarışlarına yekun vurulub.
Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.
Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesablı üstünlük qazanıb.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyaların yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.