UEFA Çempionlar Liqasında bu gün yarımfinalın digər iki iştirakçısı müəyyənləşəcək.


Rekord.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.


"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə üz-üzə gələcək. "Real" isə Almaniyada "Bayern"in qonağı olacaq.


Daha öncə "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.


UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

15 aprel


23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

İlk oyun - 1:0


23:00. "Bayern" (Almaniya) - "Real" (İspaniya)

İlk oyun - 2:1