Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bilindi
- 20:30
- 36
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, "Bayern"in fransalı vingeri Maykl Olise bu ada layiq görülüb.
Gənc hücumçu 1/4 final mərhələsinin cavab oyununda "Real"a qarşı keçirilən matçın (4:3) sonlarında həlledici qola imza ataraq komandasının qələbəsində və yarımfinala yüksəlməsində böyük pay sahibi olub. Futbolçu səsvermədə Usman Dembele (PSJ), Martin Subimendi ("Arsenal") və Dani Olmonu ("Barselona") qabaqlayıb.
“Bayen" Çempionlar Liqasının yarımfinalında Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Digər yarımfinal cütlüyündə isə London "Arsenal"ı Madrid "Atletiko"su ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.