“Çelsi” yeni baş məşqçisini açıqladı
- 06 Yan 2026 14:30
- 69
İngiltərəli mütəxəssis Liam Rosenyor "Çelsi"nin baş məşqçisi olacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son olaraq Fransanın "Strasburq" klubunda işləyən Rosenyor artıq Londondadır. Onun təyinatının bu həftə açıqlanacağı gözlənilir.
"Strasburq" yeni baş məşqçi axtarışına da başlayıb.
"Çelsi" yanvarın 1-də Entso Mareskanı istefaya göndərib.