“Çelsi” Mareskaya 16,1 milyon avro təzminat ödəyəcək
- 04 Yan 2026 18:00
- 49
“Çelsi” keçmiş baş məşqçisi Enzo Mareskaya müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə görə 14 milyon funt-sterlinq (16,1 milyon avro) təzminat ödəməlidir.
Rekord.az xəbər verir ki, italyan məşqçinin klubla müqaviləsinin müddəti 2029-cu ilə qədər – bir mövsümlük uzadılma imkanı ilə idi.
Yanvarın 1-də London klubu Mareskanın qovulduğunu elan edib.
45 yaşlı məşqçi “Çelsi” rəhbərliyinə onun nüfuzuna xələl gətirdiyinə görə o qədər qəzəblənib ki, işdən çıxarılma şərtlərini müzakirə etməkdən imtina edib. Mareska, həkimlərin göstərişlərinə baxmayaraq, klub rəhbərliyinin oyunçuların sağlamlığını riskə ataraq onları oynamağa məcbur etmək təkliflərindən də qəzəblənib. Onun komandanın start heyəti və əvəzetmələrlə bağlı da klub rəhbərliyi ilə fikir ayrılığı olub.
Mareska 2024-cü ilin yayından London klubunun baş məşqçisi vəzifəsini icra edirdi.