
Camal Düşənbədə ikinci oldu
- 04 May 2025 20:00
- 36
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova "ippon"la məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.