“Bu günə kimi qarşılaşdığımız ən çətin rəqib “Qarabağ”dır” - Osafo-Badu
- 18:00
- 38
Bu gün "Vestri"nin baş məşqçisi Daniel Osafo-Badunun Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı baş tutub.
Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan konfransda baş məşqçi komandasının hazırlığı və qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Mən çox həyəcanlıyam ki, sabah belə güclü komandaya qarşı oynayacağıq. Mənim oyunçularım üçün çətin olacaq, lakin biz əlimizdən gələni edəcəyik. Oyunçular dəyişib, amma baş məşqçi eynidir. Düşünürəm ki, bu oyunçular da məşqçiyə tez adaptasiya olacaq.
Mən futbolu sevirəm və “Qarabağ”ın da bəzi oyunlarına baxmışam. Oyunçuları dəyişib, amma oyunlarına agaham.
Azərbaycan çox gözəl ölkədir. Daha əvvəl bu ölkə haqda çox da məlumatım yox idi. Oyunçularım belə güclü komanda ilə qarşılaşacaqları üçün çox sevindilər. Bu günə kimi qarşılaşdığımız ən çətin rəqib “Qarabağ”dır. Bu komanda topla çox aqressiv və hücumameyilli oynayır. Biz onları yaxalamağa çalışacağıq”.