
“Böyük Dəbilqə” turnirinə 8 cüdoçu ilə
- 15:40
- 39
Azərbaycan Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Rekord.az xəbər verir ki, milliyə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç rəhbərlik edəcək.
Böyük Dəbilqədə Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq)
Turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Qeyd edək ki, mayın 2-dən 4-nə qədər keçiriləcək yarışda 27 ölkədən 226 idmançı (123 kişi, 103 qadın) iştirak edəcək.