Azərbaycanın daha beş cüdoçusu İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə və Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.

Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.