Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin  birgə  təşkilatçılığı ilə "23 İyun - Beynəlxalq Olimpiya Günü" nə həsr olunmuş  açıq qapı günü keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, YAP-Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və rayon ictimayətinin nümayəndələri də iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman növlərinin tanıdılması olub. Açıq qapı günündə sərbəst güləş, cüdo,  boks, futbol, stolüstü tennis, bilyard bölmələrinin fəaliyyəti nümayiş etdirilib.Tədbirdə 90-a yaxın idmançı iştirak edib. Açıq qapı günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.