Tovuzda güllə atıcılığı üzrə turnir keçirilib
- 10:30
- 31
Tovuz Regional ASAN Xidmət Mərkəzinin Hərbi Vətənpərvərlik Mərkəzində gənclər arasında güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev yarışın məqsədi və təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verib. 27 gəncin qatıldığı turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Yarışın nəticələrinə əsasən oğlanlar arasında Elşən Abbasov I, Elcan Məcidli II, Rail Həsənov III yerə, qızlar arasında isə Rəfiqə Qocayeva I, Şöfkət Həsənli II, Firuzə Mərdanova III yerə layiq görülüblər. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.