“Səbail” Mehdi Cənnətovun transferini açıqladı
- 12:15
- 35
"Səbail" Azərbaycan millisinin də formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb.
Təcrübəli qapıçı son olaraq "Sumqayıt"da çıxış edib.
Xatırladaq ki, M.Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.