FIFA-dan qətərli futbolçuya 5 oyunluq cəza
- 19:00
- 34
FİFA-nın İntizam Komitəsi Qətər yığmasının yarımmüdafiəçisi Asim Madibonu DÇ-2026-da Kanadaya qarşı keçirilən matçdakı (0:6) kobud hərəkətinə görə 5 oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, futbolçu qarşılaşmanın ikinci hissəsinin əvvəlində rəqibi İsmael Koneyə qarşı kobud "sürüşmə fəndi" yerinə yetirərək onu zədələyib.
O, nəticədə qırmızı vərəqə ilə cəzlandırılıb. Toqquşma nəticəsində sol ayağından zədələnən Kanada millisinin üzvü isə meydanı xərəkdə tərk edib. A.Madibo bir müddət sonra xəstəxanada Koneni ziyarət edərək, ondan üzr istəyib.
Madibo Qətər millisində 40-dan çox oyun keçirib və 2019-cu ildə Asiya Kubokunun qalibi adını qazanıb. İsmael Kone isə İtaliyanın "Sassuolo" komandasında 2025/2026 mövsümündə meydana çıxdığı 32 oyunda 6 qol vurub.