Ağstafa rayon Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbində "26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü"nə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.   

Rekord.az xəbər verir ki, qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunub.

Turnirdə ümumilikdə 25 nəfər idmançı iştirak edib.