Saatlıda atletika üzrə turniri keçirilib
- 26 İyn 2026 09:00
- 127
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Saatlı OİK-də Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı yeniyetmələr arasında atletika idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin yeniyetmələr arasında inkişaf etdirilməsi olub.
100, 200, 400 metr məsafəyə qaçışda müvafiq olaraq I, II və III yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.