Leron Mörfi: "Gecənin əsas döyüşünün favoriti Rafael Fiziyevdir"
- 18:00
- 34
Nazim Sadıxov və Rafael Fiziyev möhtəşəm döyüşçüdürlər, onların görüşlərini səbirsizliklə gözləyirəm.
Rekord.az xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA idmançısı, ingiltərəli Leron Mörfi jurnalistlərə açıqlamasında deyib.
O, Bakıya gəldiyi üçün məmnun olduğunu ifadə edib:
"Burada hər şey çox gözəldir. İyunun 27-də bizi möhtəşəm atmosfer gözləyir. Məncə, gecənin əsas döyüşünün favoriti Rafael Fiziyevdir. Onun qələbə qazanacağını düşünürəm".
L.Mörfi futbolla maraqlanmadığını diqqətə çatdırıb:
"Daha çox döyüş idman növlərini xoşlayıram və onları izləməyə çalışıram".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.