Qazaxda sambo üzrə açıq turnirə yekun vurulub.

Rekord.az xəbər verir ki, 12-13 iyun tarixlərində Qazax Olimpiya İdman Kompleksində kadetlər arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş sambo üzrə açıq turnir keçirilib.

Regionlarda sambo idman növünün inkişafına xidmət edən yarışda ümumilikdə 75 idmançı iştirak edib.  Yarışın yekunlarına əsasən 10 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşdirilərək diplom və medallarla təltif olunublar.