“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
- 17:40
- 35
"Beşiktaş"ın futbolçusu Kartal Kayra Yılmaz əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi sağ ayaq biləyindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Xatırladaq ki, "Beşiktaş"ın yetirməsi olan Kartal Kayra Yılmaz 2019-cu ildə əsas komandaya cəlb edilib.