“Benfika”dan “Trabzonspor”a
- 11:30
- 33
"Trabzonspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Superliqa təmsilçisi "Benfika"dan Sidni Kabralı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Trabzonspor" Kabo Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyib. 23 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Kabral başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.