Bəhreyn və Səudiyyə Ərəbistanı qran-prisi ləğv edildi
- 12:00
- 35
"Formula-1" avtomobil yarışları üzrə dünya çempionatının rəhbərliyi Yaxın Şərqdəki vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında qran-pri mərhələlərinin ləğv olunması barədə qərar qəbul edib.
Rekord.az xəbər verir ki, bu barədə" Formula-1"in Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təşkilatçılar yarışların təşkili üçün müxtəlif alternativ variantları nəzərdən keçiriblər, lakin nəticədə mərhələlərin dəyişdirilməsindən imtina etmək qərarına gəliblər.
"Formula-1"in prezidenti və baş direktoru Stefano Domenikali qeyd edib ki, bu, regionda mövcud vəziyyəti nəzərə alaraq mürəkkəb, lakin zəruri qərar idi.
Öz növbəsində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sülayem Bəhreyn və Səudiyyə Ərəbistanının çempionatın təqvimində mühüm rol oynadığını vurğulayıb və şərait imkan verdiyi zaman yarışların bu ölkələrə qaytarılacağına ümid etdiyini bildirib.
Bəhreyndə Qran-pri aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə 17-19-da keçirilməli idi. Yaponiya Qran Prisindən sonra (27-29 mart) çempionatda dörd həftəlik fasilə yaranır və növbəti mərhələ mayın 1-3-də Mayamidə (ABŞ) keçiriləcək.