“Bayern” qapıçısını icarəyə verdi
- 08 Yan 2026 16:40
- 58
“Bayern” qapıçısı Daniyel Peretsin İngiltərənin “Sauthempton” klubuna icarəyə verildiyini açıqlayıb.
Rekord.az Münhen klubunun saytına istinadən xəbər verir ki, 25 yaşlı israilli qolkiper mövsümün sonunadək “Sauthempton”da çıxış edəcək.
Perets mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirmişdi.
Perets 2023-cü ilin yayında “Makkabi” (Təl-Əviv) klubundan “Bayern”ə transfer olunub. O, Münhen təmsilçisinin heyətində indiyədək 7 oyunda meydana çıxıb və ötən mövsüm komanda ilə Bundesliqanın qalibi olub.