"Barselona"nın futbolçusu Pedri sol budundan zədələnib.


Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib.


Pedri cari mövsümdə 13 matçda start heyətində yer alıb və 2 qol vurub.