
“Barselona”nı “Atletiko”ya dəyişdi
- 09 İyn 2025 23:56
- 96
Müqavilə ilə “Barselona”ya məxsus olan Kleman Lanqle bu klubdan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son mövsümü icarə əsasında "Atletiko"da keçirmiş 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ardınca “Atletiko” rəsmi saytı vasitəsilə Lanqleni birdəfəlik transfer etdiklərini açıqlayıb. Madrid klubu onunla 2028-ci ilin yayına qədər müqavilə bağlayıb.
Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi. “Atletiko” onu ötən mövsümün əvvəlində icarə əsasında heyətinə qatmışdı.