“Barselona”dan ayrılan futbolçu Premyer Liqa klubunda
- 14:40
- 27
"Sauthempton" yayda "Barselona"dan ayrılan Oriol Romeunu heyətinə cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent statusu keçib və 1+1 illik müqaviləyə imza atıb.
Romeu "Sauthempton"un heyətində 2015–2022-ci illərdə də çıxış edib və bu müddətdə komandanın aparıcı oyunçularından biri olub.
İspan futbolçu 2022-ci ildə "Sauthempton"dan ayrılaraq "Jirona"ya keçib, 2023-cü ilin yayında isə yetirməsi olduğu "Barselona"ya transfer olunmuşdu.