Balakən rayon UGİŞM - də yeniyetmə qız və oğlanlar arasında şahmat üzrə  rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib. 

Turnirdə rayonun  ümumtəhsil orta məktəbindən 30 oğlan və qız iştirak etmişdir. l yeri Mahamalar kənd  tam orta məktəbinin şagirdi Mehdiyeva Fidan  ll yeri "Nəsimi" adına şəhər -2 saylı  tam orta məktəbinin şagirdi Mehdiyev Şəmsəddin  lll yeri "Nizami "adına şəhər -1 saylı tam orta məktəbinin şagirdi Hacıyev Hizbullah tutmuşlar.   Qalıb gələn idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişdir.