Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun “Neftçi” – “Sabah” oyununda problem yaranıb.

Rekord.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında matçın keçirildiyi “Bakcell Arena”nın işıqları sönüb.

Bu, matçın 26-cı dəqiqəsinə təsadüf edib. Nəticədə qarşılaşmada fasilə yaranıb. Bundan təxminən 6 dəqiqə sonra arenanın öz generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.

Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.