Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.


Bu barədə Futbolinfo.az-a AAF-ın mətbuat xidmətindən məlumat verilib.


Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.