"Zirə"nin qənimi eston: "Çox istərdim ki, Azərbaycanda oynayım" - MÜSAHİBƏ
- 19:00
- 43
Konfrans Liqasının II mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdıran Essonuiya "Payde"nin futbolçusu Edqar Tur Rekord.az-a eksklüziv müsahibə verib:
- Öncə qələbə münasibəti ilə təbrik edirik.
- Çox sağ olun.
- Oyunla bağlı fikirləriniz, təəssüratlarınız.
- Həm Estoniyadakı, həm burdakı oyun çox çətin keçdi. Biz bilirdik ki, asan yol yoxdur. Buna görə həm fiziki, həm taktiki, həm də psixoloji olaraq hazır idik. Bunu da həm sübut etdik, həm də göstərdik. Futbolçular olaraq, məşqçilər heyəti olaraq. Buna görə də çox şadam.
- Oyunun startında erkən qol buraxdınız. Oyun elə gedirdi ki, "Zirə"nin ikinci, üçüncü qolu vuracağı gözlənilirdi. Amma toparlandınız. Həmin an nə baş vermişdi?
- Erkən qol buraxacağımızı özümüz də planlaşdırmamışdıq. Üstəlik, belə vacib oyunda və bilirdik ki, rəqib ilk dəqiqələrdən bütün gücü ilə hücum edəcək. Amma bu, futboldu, hər şeyi anidən dəyişə bilir. Əsas odur ki, özünə inamı itirmədik. Ümumi hesab 1:1 idi və bu mənada sakitləşdik. İ*kinci hissədə ilk hissə ilə müqayisədə daha yaxşı futbol oynadıq. Qol imkanlarımız da ilk hissə ilə müqayisədə daha çox oldu.
- Bundan sonrası üçün əsas hədəfiniz nədir? Ümumiyyətlə avrokubok mövsümündən öncə qarşınıza hansısa konkret hədəf qoymusunuz ki, məsələn, bir mərhələ keçəcəyik, yaxud iki mərhələ?
- İlk növbədə düşünməmiş ki, sadfəcə, oynamaq üçün meydaqnçaya çıxaq, Oynayırıqsa, qələbə üçün oynamalıyıq. Oynamalıyıq və daha irəli getməliyik. Futbolçular da bunu gözəl başa düşürdü, hətta məqşçimizin "uşaqlar, biz bura elə-belə gəlməmişik" deməsinə də ehtiyac yox idi. Biz bura mərhələ keçməyə, səviyyəmizi göstərməyə gəlmişdik. Bunun üçün də lazım olan hər şeyi etdik.
- Ölkəmiz haqda təəssüratın necədi?
- Bu, mənim Azərbaycana ilk gəlişim deyil. Səhv etmirəmsə, 2023-cü ildə Estoniya millininin heyətində də bura gəlmişdik, Azərbaycan millisi ilə 1:1 oynamışdıq. Təəssüratım həmişəki kimi son dərcə müsbətdi. Oyundan öncə Azərbaycan qəzetlərindən birinə də müsahibəmdə demişdim ki, hər şey əladı, buranın ab-havası, qonaqpərvər insanları, mətbəxi və s. Buna görə növbəti dəfə Azərbaycandan yaxşı təəssüratlarla ayrılmaq xoş oldu.
- Yeri gəlmişkən, vaxtı ilə Azərbaycanda bir sıra eston futbolçular oynayıb. Məsələn. Kruqlov...
- Zenyov,
- Bəli, həmçinin Zenyov da burda oynayıb. Tanışlığınız var?
- Bəli, Zenyovla bir-birimizi çox yaxşı tanıyırıq.
- Özünə nə vaxtsa Azərbaycandan təklif gəlsə, münasibətin necə olar?
- Əla. Mən çox istərdim ki, Azərbaycanda oynayım. Ona görə hansısa yüksək liqa klubundan təklif gəlsə, mənə xoş olar.
Anar XANLAROV