Daha bir veteran futbolçumuzun səhhətində ciddi problem yaranıb.

Rekord.az xəbər verir ki, söhbət "Kəpəz"in və Azərbaycan futbolunun sabiq üzvü Faiq Cabbarovdan gedir.

Veteran futbolçuya həkimlər qaraciyər serrozu diaqnozu qoyub. Cabbarov hazırda Gəncədəki tibb müəssisələrinin birində müalicə alır. Amma onun daha yüksək səviyyədə müalicəyə və dəstəyə ehtiyacı var. Cabbarov "Kəpəz"in, AFFA-nın, futbol ictimaiyyətinin ona kömək edəcəyinə inanır.