"Çelsi" heyətini təcrübəli hücumçu Denni Uelbeklə gücləndirib.


Rekord.az xəbər verir ki, London klubu 35 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.


Uelbek "Brayton"dan "Çelsi"yə keçib və futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, ingiltərəli hücumçu ötən mövsüm Premyer Liqada 37 oyunda 13 qol vuraraq karyerasının ən məhsuldar çempionatını keçirib.