Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.


Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.


Xatırladaq ki, Tofiq Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.