Nuriyevin komandası liderliyə yüksəldi
- 11:30
- 30
Macarıstan çempionatında ikinci turun oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin yenicə müqavilə imzaladığı “Kişvarda” səfərdə “Puşkaş Akademi”nin qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
Anatoli Nuriyev bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün protokoluna daxil edilməyib.
Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib.