Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.


Rekord.az xəbər verir ki, Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışda üçüncü yeri tuta bilər.


Ş.Həmidova yarımfinalda niderlandlı Amber Qerskejə, G.Məmmədəliyeva isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Khorloodoi Bişreltə uduzub.


Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) əvvəlki mərhələlərdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.


Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.