Azərbaycan yığması Qazaxıstana ikinci oyunda da uduzdu
- 19:30
- 37
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.
Rekord.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ikinci dəfə Qazaxıstan millisi ilə üz-üzə gəlib.
Aktaudakı "BS Arena"da baş tutan görüş Qazaxıstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanmışdı.