Azərbaycan yığması FIFA reytinqində dörd pillə gerilədi
- 20:00
- 32
Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.
Rekord.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.
Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.
Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.
FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.