
Azərbaycan yığması Berlində birinci oldu
- 22 İyn 2025 23:37
- 58
Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.
-90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib. -81 kq çəkidə Süleyman Şükürov və +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıb.
Ötən gün Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Əbil Yusubov (-73 kq) gümüş medala, Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələnib.
Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.