
Azərbaycan qran-prisinin vaxtı dəyişdirildi
- 17:20
- 36
2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisinin vaxtı dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.
Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.
Qeyd edək ki, bu il Azərbaycan qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.