Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.


Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.


Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.


Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.


Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.