Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərində qələbə qazanıb.


Rekord.az xəbər verir ki, yığmamız 4-cü turda İspaniya ilə üz-üzə gəlib.


Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.


Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.


Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.


Dünya çempionatı noyabrın 23-də başa çatacaq.