Azərbaycan millisi Cəbəllütariq yığmasını səfərdə məğlub etdi
- 00:19
- 32
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını 5-ə çatdırıb.
U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.