Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.


Rekord.az xəbər verir ki, 2-ci turda Azərbaycanın kişilərdən ibarət milli komandası Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib.


Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.


Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.


İlk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeşi, qadınlardan ibarət yığmamız isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib.


Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir və sentyabrın 27-də başa çatacaq.