DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


15 noyabr

 

Fransa milli komandası

17:00. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

19:30. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Qeyd: Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.