
Azərbaycan “Formula 1”in keçirilməsinə 168 milyon manat xərcləyib
- 27 May 2025 15:00
- 67
2024-cü ildə Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün 168 milyon manat xərclənib.
Rekord.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, ötən il ümumilikdə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat vəsait istifadə edilib.