Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.


Rekord.az xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gəlib.


Qarşılaşmadan qalib ayrılan Ağayev qızıl mükafata sahib çıxıb.


Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.


"Böyük Dəbilqə" mayın 4-də başa çatacaq.