
Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi oldu
- 10 May 2025 22:40
- 23
Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə milli komandamız 3 medal qazanıb.
66 kq çəki dərəcəsində Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babarəhim Mirzəyev (60 kq) yalnız finalda uduzaraq, gümüş medala yiyələnib. Nəriman Mirzəyev (73 kq) isə turniri 3-cü pillədə başa vurub.
Turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır.