Azərbaycan cüdoçuları Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iki qızıl medal qazanıblar.


Rekord.az xəbər verir ki, oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) finalda ispaniyalı Alexandro Çiarroniyə qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıb.


Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.


Bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxacaq.