Azərbaycanın cüdo millisi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirini 3 medalla başa vurub.


Rekord.az xəbər verir ki, yarışın son günündə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala sahib çıxıb.


O, üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.


Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (-63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.


Azərbaycanın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurub