Azərbaycan cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, mayın 30-dan 31-dək davam edəcək yarış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq.


Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.


Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.


Heyəti təqdim edirik:


Oğlanlar


60 kq


Ayxan Mirzəzadə


66 kq


Nihad Məmişov


Məhəmməd Musayev


Sadiq İsgəndərli


73 kq


Mehdi Cəfərov


Əbil Yusubov


Səlim Sultanov


81 kq


Cəsur İbadlı


Mehdi Abbasov


Roman Qarayev


90 kq


Aslan Kotsoyev


Əli Qazıməmmədov


Süleyman Şükürov


100 kq


Davud Namazlı


Canpolad Əliyev


+100 kq


Ramazan Əhmədov


Qızlar


48 kq


Nərgiz Əhmədova


Gülşən Hüseynova


52 kq


Çinarə Sadıqova


Aysun Məmmədova


Nuranə Hacızadə


Fəridə Mirzəyeva


57 kq


Xədicə Qədəşova


Aytən Verdiyeva


63 kq


Nilgün Rzayeva


Ayan Əliyeva