Azərbaycan çempionatının qalibi müəyyənləşdi
- 19:47
- 31
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2-0 hesablı qələbə qazanan Aydın ölkə çempionatının bürünc medalçısı oldu.
Qadınların yarışında Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub edib. İki görüşdən sonra hesab 1-1 olduğundan qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.