Azərbaycan çempionatında final partiyaları oynanıldı
- 21:20
- 38
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.
Rekord.az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.
Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.
Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.
Cavab görüşləri sabah baş tutacaq.